Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi Mülki Müdafiə Şöbəsinin Mühəndis Xidmətinin rəisi Atakişiyev Asim və həmin şöbənin baş zabiti Mustafayev Rəvanın iştirakı ilə açıq dərs keçirilib. Açıq dərsdə "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda geniş məlumat verilib, müəllim və tələbələr tərəfindən verilən suallar cavablandırıb.
- Details
- Dərc edilib: 01 May 2026
- Oxunma sayı: 38
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş цякэ Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin aparıcı məsləhətçisi, Şəki şəhər İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi iştirak edib. Narkomaniyaya qarşı mübarizə sahəsində dövlətin gördüyü tədbirlərdən, həmçinin hər bir vətəndaşın bu sahə ilə bağlı ictimai nəzarət zamanı aktiv olmasının vacibliyini qeyd edib.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.
- Details
- Dərc edilib: 21 Aprel 2026
- Oxunma sayı: 40
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin III kurs tələbələri Şəki RMX-nın Pediatriya şöbəsində tədris müddətində əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq edirlər.
- Details
- Dərc edilib: 04 May 2026
- Oxunma sayı: 33
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələri “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyununun final mərhələsində iştirak ediblər.
- Details
- Dərc edilib: 28 Aprel 2026
- Oxunma sayı: 36
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin şöbə müdiri Qazaxıstanın Taraz şəhərində Jambıl Tibb Kollecinin 90 illik yubileyinə həsr olunan beynəlxalq tədbirdə iştirak edib. Tədbirdə "Azərbaycan Tibb Kolleclərində Süni İntellektin rolu" mövzusunda təqdimat olunub. O cümlədən, beynəlxalq təcrübədə süni intellektin tətbiqi mövzusunda fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları Jambıl Tibb Kollenin süni intellekt laboratoriyası
"Med AI LAB"-ın açılışında iştirak edib, süni intellektin tətbiq olunduğu müasir avadanlıqlarla tanış olublar.
- Details
- Dərc edilib: 21 Aprel 2026
- Oxunma sayı: 35
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində İncəsənət və Tibb Bir Arada!
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində reallaşdırdığımız "Bir küçənin tarixi" layihəsi möhtəşəm nəticələrlə yekunlaşdı. Biz inanırıq ki, gənc tibb kadrları təkcə peşəkar bilikləri ilə deyil, həm də zəngin dünyagörüşü və yaradıcı bacarıqları ilə fərqlənməlidir.
Bu müsabiqə tələbələrimizin daxili dünyasını, estetik baxışlarını və Şəkinin qədim irsinə olan sevgisini nümayiş etdirmək üçün əla bir platforma oldu. Mural layihə, rəsm və foto sərgi müsabiqəsində qalib gələn gənclərimizi təbrik edirik!
- Details
- Dərc edilib: 04 May 2026
- Oxunma sayı: 32
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 19-25 aprel İmmunlaşdirma həftəsi çərçivəsində tələbələrə maarifləndirici dərs keçirilib. Dərsdə tələbələrə bir daha peyvəndlərin əhəmiyyəti, təhlükəsizliyi və effektivliyi haqqında geniş məlumat verilib.
- Details
- Dərc edilib: 28 Aprel 2026
- Oxunma sayı: 37
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələri görkəmli oftalmoloq Zərifə Əliyeva Əli qızının anım günü münasibətilə Zərifə Əliyeva adına oftalmologiya xəstəxanasının Şəki filialında görkəmli alimin xatirəsini yad edərək, göz müayinəsindən keçiblər.
- Details
- Dərc edilib: 16 Aprel 2026
- Oxunma sayı: 77









