Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələri 12 Avqust- Beynəlxalq Gənclər Günü münasibətilə "Gənclikdən sabahlar doğur" adlı festivalda iştirak ediblər. Festival Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektoru və Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala Folklor Evinin birgə təşkilatçılığı ilə keçirilib.
- Details
- Dərc edilib: 28 Sentyabr 2026
- Oxunma sayı: 98
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Mənəvi birlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, Kollecin şöbə müdiri İnarə Hacıyeva və kollecin tələbələri iştirak edib.
Mənəvi bilik insanın əxlaq, vicdan, dürüstlük, mərhəmət, hörmət və məsuliyyət kimi dəyərləri dərk etməsi və onlara uyğun davranmasıdır. Mənəvi bilik insanın cəmiyyətdə düzgün münasibətlər qurmasına, yaxşı insan kimi formalaşmasına və faydalı vətəndaş olmasına kömək edir. Bu bilik ailədə, məktəbdə və cəmiyyətdə tərbiyə yolu ilə qazanılır. Mənəvi dəyərlərə sahib olmaq insanların bir-birinə hörmət və anlayışla yanaşmasını təmin edir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
- Details
- Dərc edilib: 18 İyun 2026
- Oxunma sayı: 132
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin müəllim və tələbə kollektivi
18 May Muzeylər Günü münasibətilə Şəkinin Fazıl kəndində yerləşən Əbədi Sükut Dünyası Labirint Muzeyinə səfər ediblər.
- Details
- Dərc edilib: 01 İyun 2026
- Oxunma sayı: 126
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 25 iyun 2026-cı il tarixində Şəki şəhərində 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Şəki şəhəri üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə gənclər arasında “Narkomaniyanın qarşısının alınmasında ailə və məktəbin rolu” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlılığın artırılması, ailə və təhsil müəssisələrinin bu istiqamətdəki rolunun izah edilməsi, eləcə də narkomaniyanın yaratdığı sosial və mənəvi fəsadlar haqqında iştirakçıların maarifləndirilməsi olub.
Görüşdə çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Şəki şəhəri üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Səbahət Bağırova narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, bu bəlanın qarşısının alınmasında ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyindən danışıb. Bildirilib ki, gənclərin düzgün tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinə istiqamətləndirilməsi narkomaniyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.
- Details
- Dərc edilib: 28 Sentyabr 2026
- Oxunma sayı: 97
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində yaz semester imtahanları başlayıb.Tələbələrimizə uğurlar arzu edirik.
- Details
- Dərc edilib: 08 İyun 2026
- Oxunma sayı: 131
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin III kurs tələbələri Terapiya şöbəsində istehsalat təcrübəsi zamanı tibbi manipulyasiyaların icrası və xəstələrə qulluq proseslərində aktiv iştirak edirlər.
- Details
- Dərc edilib: 01 İyun 2026
- Oxunma sayı: 125
15 iyun - Milli Qurtuluş günü münasibətilə təhsildə və ictimai işlərdə fərqlənən Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələrinə Şəki Heydər Əliyev Mərkəzi tərəfindən Təşəkkürnamə təqdim olunub.
- Details
- Dərc edilib: 18 İyun 2026
- Oxunma sayı: 119
Səhiyyə Nazirliyi Şəki Tibb Kolleci olaraq
2026- cı il "Şəhərsalma və Memarlıq ili" çərçivəsində 27 May Kitabxanaçılar Günü münasibətilə
"Açıq havada oxu, düşün" layihəsi üzrə tələbələrimiz mütaliənin sehrinə dalıb.
- Details
- Dərc edilib: 01 İyun 2026
- Oxunma sayı: 133
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin III kurs tələbələri Şəki RMX-nın Pediatriya şöbəsində tədris müddətində əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq edirlər.
- Details
- Dərc edilib: 04 May 2026
- Oxunma sayı: 170









