- Details
- Dərc edilib: 19 Noyabr 2026
- Oxunma sayı: 5
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində “Şəki Zəkası” adlı intellektual oyun keçirilib.
Yarışda Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Şəki Dövlət Regional Kolleci və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri iştirak ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Şəki Tibb Kollecinin tələbələri yüksək nəticə göstərərək II yerə layiq görülüblər.
Tələbələrimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!









